SON XƏBƏRLƏR

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021.12.08, 11:12
Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

Gunaz.tv

ABŞ prezidenti Konqresə yazdığı məktubun əvvəlində bildirib ki, bu hesabat onun “Müharibə Səlahiyyətləri Qətnaməsi” çərçivəsindəki səlahiyyətləri (Ümumi Qanun 148-93) əsasında hazırlanıb.

Məktubda ABŞ hərbi qoşunlarının İraq, Suriya, İordaniya, Ərəbistan yarımadası, Türkiyə, Əfqanıstan, Şərqi Afrika və Filippində yerləşdirilməsi barədə izahat verən Bayden bu ölkənin hərbi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirilməsinin səbəbini açıqlayıb.

“Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi İranın regionda düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür.

Daha doğrusu, Amerika ordusu ABŞ qüvvələrini və onun regiondakı maraqlarını İranın və onun dəstəklədiyi qruplaşmaların düşmən hərəkətlərindən qorumaq üçün Səudiyyə Krallığında yerləşdirilib.

Bu qüvvələr Səudiyyə Ərəbistanı hökumətinin koordinasiyası ilə raket və hava hücumundan müdafiə qabiliyyətlərinin yüksəldilməsinə imkan yaradıb, Amerika Birləşmiş Ştatları qırıcılarının keçirdiyi əməliyyatlara dəstək verir. 

ABŞ-ın Səudiyyə Ərəbistanı Krallığında yerləşdirdiyi hərbi qüvvələrinin ümumi sayı isə təxminən 2120 nəfərdir”, -deyə Amerika prezidenti Co Baydenin ABŞ Konqresinə göndərdiyi məktubunda bildirilir.

Məktubda həmçinin vurğulanır ki, həmin qüvvələrin Səudiyyə Ərəbistanı yarımadasında “Əl-Qaidə” terror təşkilatına qarşı mübarizə aparır, az bir hissəsi də İŞİD-ə (DAEŞ-ə) qarşı mübarizə aparmaq üçün Yəmənə göndərilib.

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar