SON XƏBƏRLƏR

“Azərbaycanla avtomobil əlaqəsi üçün imkanlar yaranıb”-Paşinyan açıqlama verdi

2021.12.21, 13:07
“Azərbaycanla avtomobil əlaqəsi üçün imkanlar yaranıb”-Paşinyan açıqlama verdi

Gunaz.tv

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə 26 noyabrda Soçidə və 14 dekabrda Brüsseldə keçirilən görüşlərin nəticəsinə əsasən, tərəflərin avtomobil əlaqəsini bərpa edə biləcəyini və bunun regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxaracağını bildirib.

N. Paşinyan dəmir yolu xəttinin açılması üçün Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

Paşinyan yeni dəmir yolu xəttinin Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcəyini də əlavə edib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar