SON XƏBƏRLƏR

Xamneyi: “Düşmənlə müzakirə aparmaq onun qarşısında təslim olmaq anlamında deyil”

2022.01.10, 08:56
Xamneyi: “Düşmənlə müzakirə aparmaq onun qarşısında təslim olmaq anlamında deyil”

Gunaz.tv

Amerikanı “zülmkar düşmən” adlandıran Xamneyi iddia edib ki, İrandakı ruhanilər hakimiyyəti millətin dini inanclarının təzahürüdür.

“Amerika Birləşmiş Ştatları İrandakı islam sisteminin düşmənidir. Lakin buna baxmayaraq, hesab edirik ki, düşmənlə müzakirə aparmaq onun qarşısında təslim olmaq anlamında deyil.

İran İslam Respublikası bu günə qədər Amerika qarşısında təslim olmayıb, bundan sonra da olmayacaq. Bu isə islam inqilabının prinsiplərindən biridir”, -deyə İran lideri Əli Xamneyi iddia edib.

Xatırladaq ki, İranla Qərb arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün aparılan nüvə danışıqlarının 8-ci mərhələsi başa çatsa da, danışıqlarda konkret hər hansı bir nəticə əldə olunmayıb.

Həmin danışıqlarda İran Amerika ilə birbaşa və üz-üzə yox, dolayısı yolla danışıqlar aparır. 

Danışıqlara qatılan İran nümayəndə heyəti hər hansı yeni bir razılaşmanın imzalanmasından əvvəl Amerikanın tətbiq etdiyi sanksiyaları ləğv etməsinə israr etsə də, İranın bu təklifi Amerika və Avropa ölkələri tərəfindən rədd edilib.

Amerika və İsrail dəfələrlə xəbərdarlıq edərək, Vyana danışıqları nəticə verməyəcəyi təqdirdə İranın nüvə proqramı ilə bağlı ortaya çıxan böhranı başqa yollarla həll edəcəklər. İrana qarşı hərbi seçim variantı isə həmin yollardan biridir. 
 
A.M 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar