Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirdikləri “TM 62-M” və “E-00-M” tipli, ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.
Hakim bildirib ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər maddələr üzrə 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.
Məhkəmədə şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib.
O bildirib ki, 27 may 2021-ci ildə Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisində döyüş mövqeyində xidmət apararkən gecə saatlarında düşmənin üzbəüz mövqeyində fəallıq aşkar olunduğu barədə məlumat alıblar: “Bütün mövqelərə gücləndirmə verdik. Xəbər verdilər ki, həmin döyüş mövqeyindən sol cinahından düşmənin 6-8 hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir.
Tam müşahidə götürdük və gecə görmə cihazları ilə onların hərəkətini izlədik. Səhər 3-5 radələrində düşmən təminat yollarımıza tərəfə irəliləyirdi. Düşmən tank əleyhinə 4 mina, piyada əleyhinə 20 mina basdırmaq istəyirdi. Əməliyyat keçirdik və onları tərksilah etdik. Onların məqsədi bizim döyüş mövqeyimizi gedən təminat yollarımızı minalamaq idi".
Şahid qismində dindirilən digər zabit Hüseyn Həsənov bildirib ki, mayın 27-də döyüş mövqelərindən qərargaha məlumat daxil olub: "Dedilər ki, erməni diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Müşahidə apardıq, onların içəriyə qədər irəliləməsinə imkan verdik. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik.
Düşmənin diversiya qüvvələri iş başında aşkar edildi və tərksilah olundu. Üzərilərində silahlar və minalar aşkar edildi. Əraziləri yoxladıq, məlum oldu 3 döyüş mövqeyimizə gedən təminat yollarına artıq mina düzüblər. Minalar zərərsizləşdirildi. Saxladığımız şəxsləri də aidiyyəti üzrə təhvil verdik. Bunlar dövlət sərhədindən 150-200 metr bizim ərazimizə daxil olaraq minalamağa cəhd göstəriblər".
Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində Ermənistanın xüsusi təyinatlı hərbi hissəsində xidmət etdiyini və mayın 24-ə komandanlıqdan əmr gəldiyini deyib: “Həmin gün Sisyan rayonuna göndərildim. Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkəçər ərazinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatını aparım.
Əmr gəldi ki, yolu minalamaq lazımdır. İşimizin götürüb qurtaranda Azərbaycan əsgərləri gəldi. Bəziləri geri qayıda bildi, biz isə təslim olduq".
Təqsirləndirilən şəxs Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı döyüş tapşırığı olduğunu etiraf edib: "Tovuz döyüşləri zamanı bu cür döyüş tapşırığı olub. Mərkəzi qərargahda əmr gəlmişdi ki, o ərazidə zəif müdafiə olunan yerləri kəşfiyyatını aparaq. Neft kəmərinin partladılması əmri ilə bağlı mən xəritədə Azərbaycan ordusunun mövqelərini qeyd etmişdim və zəif müdafiə olunan əraziləri hesablamışdım.
Mən Ermənistan tərəfində oranı müşahidə etmişəm. Xəritələrdə, sənədlərdə qeydlər aparıb, aidiyyəti üzrə təhvil vermişəm".
Digər təqsirləndirilən Vladimir Rafaelyan mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlara qoşuldum. Mənim rəhbərim İşxan təyin edildi. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina apardıq. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. İsxanın dalınca gedirdik. Minaları basdırmaq barədə İşxandan əmr aldıq.
Minaları basdıranda Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı. Tərksilah edildik və təslim olduq".
Məhkəmə prosesi yanvarın 24-də davam edəcək.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir. (modern.az)
Ayxan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi