SON XƏBƏRLƏR

"Ona qarşı davranışlar milli qürurun zədələnməsi idi"-Ekspert Rəisinin Moskvaya səfərini biabırçılıq adlandırıb

2022.01.31, 11:34
"Ona qarşı davranışlar milli qürurun zədələnməsi idi"-Ekspert Rəisinin Moskvaya səfərini biabırçılıq adlandırıb

Gunaz.tv

Moskvada əhəmiyyətli uğur əldə edilmədiyini vurğulayan ekspert bu formada baş tutan səfərin biabırıçılıq olduğunu deyib. 

“Bütün yazılanlar və deyilənlərə baxmayaraq, Rəisinin səfəri zamanı qarşılama və davranış formaları açıq şəkildə başaşağılıq nümunəsi və milli qürurun zədələnməsi idi”-deyə, Mütəhhərniya bildirib.

Hökumətin “İslahannews” xəbər portalına müsahibə verən ekspert Vladimir Putinin İran prezidentinə məsafəli və təhqiramiz davranmasını, onu qeyri-ciddi şəkildə qəbul etməsini məsələnin sadəcə görünən tərəfi olduğunu deyib.

“Orada 20 illik əməkdaşlıq sənədi yenilənməli idi, amma bu alınmadı.

Habelə İranın Şanxaya qoşulmasından söhbət gedirdi və Putin bunu rədd edərək İranın hələ də sadəcə müşahidəçi üzv olaraq qalmasını və üzv olmaq üçün bir çox protokolları, öhdəlikləri qəbul etməli olduğunu qeyd etdi”-deyə, Mehdi Mütəhhərniya İbrahim Rəisinin Rusiya səfərini utandırıcı məlubiyyət adlandırıb.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar