SON XƏBƏRLƏR

Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək

2022.02.05, 08:10
Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək

Gunaz.tv

Bu barədə “A Haber” telekanalına istinadən xəbər verir.

Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.

Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. 

O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.

Lakin rəsmi İrəvan xəbəri təsdiq etməyib.

"Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri və Antalya Forumunda iştirakı müzakirə olunmur".

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaan Unanyan öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan ölkəsinin Antalya Diplomatik Foromunda iştirak etməklə bağlı yekun qərar vermədiyini açıqlamışdı. (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar