SON XƏBƏRLƏR

“Vəziyyət çox gərgindir, atışma intensivləşir” - Peskov

2022.02.21, 11:10
“Vəziyyət çox gərgindir, atışma intensivləşir” - Peskov

Gunaz.tv

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirərkən deyib.

Peskov Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini söyləyib.

O, həmçinin qeyd edib ki, bu gün Vladimir Putin vəziyyətin gərgin olması ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək: "Söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir".

Peskovun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim olunacaq. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar