SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda yüz minlərlə insan qəzalı evlərdə yaşayır

2022.03.04, 10:20
Qərbi Azərbaycanda yüz minlərlə insan qəzalı evlərdə yaşayır

Gunaz.tv

 Seyid Möhsün Həmzəlu əyalətdə yüz minlərlə insanın qəzalı evlərdə və şəhər ətrafı bölgələrdə yaşadığını deyib.

“Qərbi Azərbaycan əyalətində 6588 hektar qeyri-rəsmi yaşayış məntəqələrində 544 min 444 ailə yaşayır"-deyə, Həmzəlu bildirib.

Bundan öncə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Gülşən Novruzi hökuməti şəhərlərə diqqət sahəsində ayrı-seçkilik etməkdə günahlandırıb.

“Ölkənin çöllük və quraq bölgələrindəki şəhərlər abadlaşdırıldığı bir halda Urmu şəhərinə diqqət ayrılmayıb”-deyə, Mədəniyyət Komissiyasının başçısı mərkəzi fars şəhərləri ilə Urmu şəhəri arasında fərq qoyulduğunu bildirib.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar