SON XƏBƏRLƏR

Gənclərə erkən nikahın fəsadlarından danışılıb-QHT Lənkəranda tədbirlər keçirib

2022.03.16, 15:42
Gənclərə erkən nikahın fəsadlarından danışılıb-QHT Lənkəranda tədbirlər keçirib

Gunaz.tv

“Gender Bərabərliyi” İctimai Birliyi layihə çərçivəsində Lənkəran rayonunda iki tədbir həyata keçirib. Birinci tədbir Lənkəran Şəhər Gənclər və İdman idarəsində, ikinci tədbir Lənkəran Dövlət Universiteti nəzdində Sosial  və Aqrar Texnoloji kollecdə keçirilib.

Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman idarəsinnin sədr müavini Yusif Xamiyev, psixoloq Zülfiyyə Əliyeva, Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Səyyad Babakişiyev iştirak edib.

“Gender Bərabərliyi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Şəkərxanım Əliyeva, ekspert Şərqiyə Dadaşova və hüquqşünas Araz Nurməmmədov  mövzu ilə bağlı  cıxış ediblər. 

Tədbirdə layihədə əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və saglamlığa ziyanları haqqında söhbət edilib, maarifləndirmə aparılıb. 

Tədbir gənclər tərəfindən maraqla qarşılanıb. Onlar mövzu ətrafında müzakirələrdə fəal iştirak ediblər.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar