SON XƏBƏRLƏR

İranda hicabsız xanımlara qarşı cəzalar sərtləşdirilir

2022.04.15, 12:52
İranda hicabsız xanımlara qarşı cəzalar sərtləşdirilir

Gunaz.tv

İranda 1980-ci illərin əvvəllərindən etibarən qadınların baş örtüsündən istifadə etməsi ölkə parlamentinin İslam Cəza Məcəlləsini qəbul etməsi ilə məcburi elan edilib. Ölkənin dinə əsaslanan ana qanununa görə, ictimai yerlərdə bu qaydaya riayət etməyənlər cəzalandırılır.

İranın Qızıl Aypara Gənclər Təşkilatının sədri "İffət və hicab mədəniyyətinin yayılması" adlı qrupun təşkil edilməsi ilə bağlı məlumat verib. 

Məhəmməd Güləfşanın dediyinə görə, bu sahədə milli işçi qrupu yaradılıb və onun nizamnaməsi Qızıl Aypara Cəmiyyətinin bütün şöbələrinə bildirilib. 

Xatırladaq ki, İranın Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatıdır və o, "hicab və iffət" məsələlərinə nəzarət etmək səlahiyyətində deyil. 

Cəmiyyətin əsas vəzifəsi zəlzələ və sel daşqınları zamanı yaranan hadisələrdə yardım xidmətləri göstərməkdən ibarətdir.
İranın Qızıl Aypara Cəmiyyətinin bu hərəkəti beynəlxalq xilasetmə və yardım üzrə tanınmış fəal Yasir Qorşinin etirazına səbəb olub.

O, İran Qızıl Aypara Cəmiyyətinin hicabın təbliği kimi məsələlərlə məşğul olmaqla beynəlxalq yardım təşkilatlarının nizamnaməsində bitərəflik prinsipini pozduğunu deyib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar