SON XƏBƏRLƏR

Zəfər qurultayının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

2022.04.20, 13:02
Zəfər qurultayının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Gunaz.tv

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra I və II Şəhidlər xiyabanları ziyarət olunub.

Qeyd edək ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı aprelin 22-də başlayacaq və aprelin 23-də yekunlaşacaq.

Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. 

Qurultayın tarixi hadisə olmasından biri isə onun ümumilikdə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşada keçirilməsidir.

Həmçinin bu böyük tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak edəcək. Artıq dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri qurultayda iştirak üçün Vətənə gəlib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar