SON XƏBƏRLƏR

Urmunun Şəhər Şurasının 4 üzvünun səlahiyyəti ləğv edilib

2022.04.27, 11:27
Urmunun Şəhər Şurasının 4 üzvünun səlahiyyəti ləğv edilib

Gunaz.tv

Məlumata görə onların üzvlükdən tamamilə çıxarılacağı təqdirdə biri kürd olmaqla başqa 4 alternativ şəxs şuraya qəbul ediləcək.

Alternativ üzvün adı Yəqub Hüseynzadədir. Bundan öncə Urmuda Şəhər Şurasına keçirilən səsvermədə miliyyətçi kürd qruplaşmaları onun seçilməsi üçün başqa bölgələrdən Urmu şəhərinə çox sayda kürd toplamışdılar.

Şəhər Şurasının 4 üzvünün səlahiyyətlərinin dondurulması əyalət bələdiyyələri və Şəhər Şuralarında 86 nəfərin barəsində cinayət işinin açılmasından sonraya təsadüf edir. Bu barədə aprelin 26-da Qərbi Azərbaycan əyalətinin məhkəmə sisteminin başçısı Nasir Ətəbati açıqlama verib.

Ətəbati həbs olunan və ya barələrində araşdırmalara başlanılan bələdiyyə işçilərinin korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən su-istifadə etməkdə ittiham olunduğunu, həmin şəxslərin cəzalandırılacağını və tutduqları vəzifələrindən uzaqlaşdırılacağını bildirib.

Qeyd edək ki, Urmu Şəhər Şurasının 11 üzvündən yalnız ikisi kürddür və alternativ şəxsin şuraya qəbul ediləcəyi təqdirdə onların sayı üçə çatacaq. 

Bir sıra yerli sosial media istifadəçiləri sosial şəbəkələrdə paylaşım edərək Şəhər Şurasında baş verən dəyişiklikləri hökumətin Qərbi Azərbaycanda türklərə qarşı həyata keçirmək istədiyi planlarının tərkib hissəsi olduğunu yazıblar. 
 

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar