SON XƏBƏRLƏR

"Azərbaycanlılara verilən vədlər unudulub"-Təbrizin millət vəkili

2022.06.03, 09:13
"Azərbaycanlılara verilən vədlər unudulub"-Təbrizin millət vəkili

Gunaz.tv

Fərhəngi Şərqi Azərbaycan əyalətinin faydalı qazıntı ehtiyatlarına görə ölkədə birinci, hasilata görə üçüncü yeri tutmasına baxmayaraq, əyalət əhalisinin müxtəlif çətinliklərlə mübarizə etməyə məcbur buraxıldığını deyib.

Miyana-Təbriz dəmir yolu layihəsinin 20 ilə yaxındır yarımçıq qaldığını, Azərbaycan Mis Şirkətinin yaradılması ilə bağlı verilən sözlərin yerinə yetirilmədiyini deyən millət vəkili, azərbaycanlılara verilən vədlərin kağız üstündə qaldığını bildirib.

“Azərbaycanın iki futbol klubunun əyalətin mis şirkətlərinin malikiyyətinə verilməsi əsas istəklərimizdən biridir”-deən Fərhəngi bunun baş tutmamasından narazılığını ifadə edib.

O, İbrahim Rəisi ilə əyalət məsullarının keçirdiyi görüşdə Kirman əyalətində dörd futbol klubunun Mis Şirkəti tərəfindən maliyyələşdirildiyi halda Azərbaycanın öz misinin gəlirlərindən “Traxtur” və “Maşinsazi” klublarına maliyyə dəstəyinin ayrılmadığını bildirib.

Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə anlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncanın nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər. 

Məsələnin üstündən keçən müddət ərzində müxtəlif bəhanələrlə Azərbaycan klublarının mülkiyyəti barədə qərar gecikdirilir, onlara maliyyə dəstəyinin verilməsinə əngəllər törədilir.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar