SON XƏBƏRLƏR

"Vaşinqton İranı təcrid etməlidir"- Amerika Nümayəndələr Palatasının üzvü Klaudiya Toni

2022.06.13, 07:56
"Vaşinqton İranı təcrid etməlidir"- Amerika Nümayəndələr Palatasının üzvü Klaudiya Toni

Gunaz.tv

Hazırkı administrasiyanın xarici siyasətini tənqid edən respublikaçı deputat Klaudiya Toni deyib ki, Vaşinqton İslam Respublikasının xarici siyasət sistemini təcrid etməlidir. 

O, bildirib ki, Amerika regiondakı müttəfiqlərini gücləndirməli, Yaxın Şərqdə əlaqələri genişləndirməli və İran rejimini təcrid olunmuş vəziyyətdə saxlamalıdır.

"Biz İran daxilində olan milyonlarla narazını dəstəkləməklə yanaşı xaricdə olan müxalif iranlıların xalqlarının hüquqları və demokratiyanın qurulması uğrunda apardıqları mübarizəyə yardım etməliyik"-deyə, Amerika Nümayəndələr Palatasının üzvü bildirib.

Klaudiya Toni Robert Malinin İranın nüvə danışıqlarına qayıtması ilə bağlı planının yanlış olduğunu, İrana ödəniləcək 7 milyard döndürülmüş vəsaitin Tehran hökuməti tərəfindənm terror təşkilatlarının gücləndirilməsinə xərclənəcəyini söyləyib.

Nüvə danışıqlarının bərpası üçün edilən səylərin nəticəsiz olacağını bildirən Nümayəndələr Palatasının üzvü, bunun nə İran xalqına və nədə bölgədə sabitliyin qurulmasına heç bir töhfə verməyəcəyini deyib.

Toni İranın öz qonşu ölkələrinə qarşı düşmənçilik siyasəti yürütdüyünü, girov götürmə və təhdid siyasətini davam etdirdiyini vurğulayıb, bu ölkəyə qarşı hücum siyasətininn vacibliyini bildirib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar