SON XƏBƏRLƏR

Kərəc zindanında 10 məhkum edam edilib

2022.06.30, 04:32
Kərəc zindanında 10 məhkum edam edilib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onlardan səkkizinin qətldə, ikisinin isə qeyri-qanuni cinsi münasibətdə olduqları üçün edama məhkum edildiyi bildirilir.

Öldürülənlər barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası məlumat verməyib.

Bu üzdən onlardan yalnız ikisinin: İman Səfərirad və Mehdi Xalgəldinin kimliyini müəyyən etmək mümkün olub.

İbrahim Rəisi İran prezidenti olandan edamların sayı kəskin artıb və ötən ilin eyni dövrü ilə müqayisədə Tehran hökuməti edam cəzalarının icrasına görə rekord vurub.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

Buna görə də ölkədə icra edilən edamların rəsmi statistikada göstərildiyindən daha çox olduğu ehtimal edilir. 

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar