Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür- Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Elə hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayan, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) lideri, GünAz TV-nin sahibi Əhməd Obalı ilə müsahibəmizdə də bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.
-Əhməd bəy, hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının Azərbaycanda ali təhsil alan Güney Azərbaycanlı tələbələrə təqaüd verilməsi ilə bağlı təklifini necə dəyərləndirirsiniz?
-Məlum olduğu kimi, Azərbaycan Respublikasının keçmiş prezidentləri, həmçinin indiki Prezident İlham Əliyev dəfələrlə 50 milyonluq azərbaycanlılardan söhbət açıb, “Azərbaycan Respublikası 50 milyonluq azərbaycanlının vətəndir”, deyiblər.
Bu, çox doğru bir mövqedir. Təbii ki, bu 50 milyonun cəmi 10 milyonu Azərbaycan Respublikasında yaşayır. “Bəs qalanları hardadır” sualına cavab verərək deyə bilərik ki, əksəriyyəti Güney Azərbaycandadır. Təbii ki, güneylilər olaraq belə bir gözləntimiz var ki, Azərbaycan Respublikası bizə müəyyən dəstək versin. Fikirləşirəm ki, Güneydən gəlib Azərbaycan Respublikasında ali təhsil alan tələbələrə dəstək verilməlidir.
Amma təqaüd verilərkən xüsusi bir məqama nəzər yetirilməldir. Təqaüd o kəslərə verilməlidir ki, onlar gələcəkdə Güney Azərbaycanda strateji vəzifələrdə işləyə bilsinlər. Yəni bu gün diş texniki, yaxud əczaçı təhsili üçün təqaüdə ehtiyac yoxdur. Bu ixtisaslarda bizimkilər İranda zatən təhsil ala bilirlər.
Amma bizə öz tariximizi, ana dilimizi öyrənib sonra onları Güneydə gələcək nəsillərə öyrədəcək kadrlar lazımdır. Eyni zamanda siyasi elmlər, dövlət idarəçiliyi, beynəlxalq əlaqələr üzrə ali təhsilli kadrlara ehtiyacımız var.
Arzu edərdim ki, əgər bu təqaüd təklifi reallaşarsa, sadaladığım ixtisaslar üzrə təhsil alan tələbələrə daha çox önəm verilsin. Təbii bu zaman çox dəqiq seçim də aparılmalıdır ki, İran rejimi öz adamlarını bu sıraya sala bilməsin.
Bir şeyi də deyim ki, bəlli şərtlərdən dolayı ola bilsin ki, Azərbaycan dövləti bu təqaüdü ayıra bilməsin. Amma müəyyən qurumlar, iş adamları, xeyriyyə təşkilatları bunu edə bilər. Hətta bunun üçün müstəqil bir fond, yaxud cəmiyyət yaratmaq olar ki, bu məsələləri koordinasıya etsin. Ümumiyyətlə Zaur bəyin o təklifi çox müsbət və alqışa layiqdir.
-Güney Azərbaycan hər zaman öz milli haqları uğrunda mübarizə aparıb. Amma son vaxtlar burada bir başqa dirəniş görürük. Ümumiyyətlə, hazırda Güneydə mübarizə hansı mərhələdədir?
-Güney Azərbaycan hərəkatı azadlıq, milli qurtuluş hərəkatıdır. Bu, Güney Azərbaycan türklərinin öz müqəddəratını təyin etmək üçün başladılan hərəkatdır. İranda şah dövründən sonra, Xomeyni gəlir-gəlməz bu hərəkat Təbrizdə başlayıb. Amma 1980-ci ildə onu dağıtdılar, yüzlərlə azərbaycanlını öldürdülər. Bununla belə mübarizə bitmədi. Doktor Cavad Heyətin “Varlıq” jurnalını dərc etməsi ilə ziyalıların timsalında milli hərəkat davam etdi.
Nəhayət müasir hərəkatımızın atası kimi dəyərləndirə biləcəyimiz Prof. Dr. Məhəmməd Tağı Zehtabinin tələbələrlə birgə fəaliyyəti, tarix kitabının yazılması, Babək qalasına yürüşlə növbəti mərhələ başladı və bu gün davam edir. Milli hərəkatdan danışarkən təbii ki, Güney Azərbaycandakı fədakar milli fəallarımız, Abbas Lisani kimi rəhbər olmağa layiq bir insan, həmçinin digər fəalların da fəaliyyətini dəyərləndirməliyik.
Onu da deyim ki, 2005-ci ildə GünAz TV-nin yaranması ilə milli fəallarımızın daha da əli-qolu açıldı. Milli azadlıq hərəkatı ziyalılar sinifindən xalqın içərisinə doğru yayılmağa başladı.
Bu gün o səviyyəyə çatmışıq ki, artıq Təbrizdə açıq-aydın “Azadlıq, ədalət, milli hökumət” əsas şüara çevrilib. Yəni xalqımız öz müqəddəratını həll etmək üçün milli hökumət istəyir. Hərəkat gücləndikcə əsas hədəfə doğru daha çox addımlar atılır.
Biz Tehrandan gələn hay-küyə əhəmiyyət vermədən öz işimizi davam etdirdikcə milli azadlıq hərəkatımız da son hədəfinə çatacaq. Bir məqamı da vurğulamaq istəyirəm. Bəzi insanlar var ki, onlar milli hərəkatımızı İran daxilində çərçivələmək tərəfdarıdırlar. Əgər onlar irəli çıxsalar bizim hərəkatımız məğlub olacaq. Amma bizim hədəfimiz azadlıq, milli müqəddəratın həllidir.
Təbii ki, son mərhələdə də Güneylə Quzeyin birləşməsi, vahid Azərbaycanın yaranmasına nail olmaqdır. Bir sözlə, azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır.
-Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri Güneyə necə təsir etdi?
-Vətən müharibəsi günlərində Güney Azərbaycanda misilsiz bir həyəcan vardı. Azərbaycan Respublikasına, Azərbaycan ordusuna açıq-aydın dəstək vardı. Biz də GünAz Tv olaraq bu 17 ildə mütəmadi olaraq çalışdığımız kimi müharibə günlərində də Güney Azərbaycanlıları müharibənin gedişi ilə bağlı məlumatlandırırdıq.
İranın Ermənistana silah göndərməsinə Güney Azərbaycanın etirazlarını işıqlandırırdıq. Müharibə dövründə Güney Azərbaycanlılar İranın bu addımına qarşı iki dəfə geniş etiraz aksiyası keçirdi. İranın, cənab Prezident İlham Əliyevin dediyi kimi, əyalət mollaları da məcburən Azərbaycanın mövqeyini üzdə də olsa dəstəkləmək məcburiyyətində qaldılar.
Amma İran dövləti həmişəki kimi yenə də Ermənistana gizlicə, bəzən də açıqca yardımını əsirgəmədi.
Həm Azərbaycan ordusunun qalib gəlməsi, həm xüsusilə Şuşanın işğaldan azad edilməsi Güney Azərbaycanda xalqımızın içərisində çox böyük bir ruh yüksəkliyi yaratdı. Əlbəttə, tarixi Zəfərin Güney Azərbaycandakı milli azadlıq hərəkatına da çox böyük müsbət təsiri var.
Xüsusilə də Şuşa Bəyannaməsindən sonra Azərbaycan dövləti daha qüdrətli hala gələrək həm regionda nüfuzunu daha da artırır, həm də İranın təxribatının qarşısnda çəkinmədən öz sözünü deyir.
Amma əvvələr belə deyildi. Bu qələbədən əvvəl bəzi məqamlar baxımından İranla bir az ehtiyatla davranmaq gərək idi. İran isə bundan sui-istifadə edib Azərbaycanın daxilində çoxlu təxribatlar yaratdı. Nardaran hadisələri, yaxud Ocaq Necadın qaçmasından əvvəl təxribatçı hərəkətlər və s. buna misaldır. Ancaq artıq qalib Azərbaycan var. İran da ayağını dənk almalıdır.
Artıq İranın təxribatları tez bir zamanda ifşa edilir. Bu proseslərin isə Güney Azərbaycan hərəkatına çox müsbət təsiri var. Yəni biz millət olaraq İkinci Qarabağ müharibəsinə qədər Quzey Azərbaycanı Güneyə bir dəstəkçi kimi görə bilmirdik.
Amma müharibədən, Şuşanın azadlığından sonra biz görürük ki, həm Türkiyədə, həm də Azərbaycanda Güney Azərbaycanla bağlı məsələlər daha çox müzakirə olunur. Azərbaycançılıq xətti Güneydə və Quzeydə paralel olaraq irəli gedir. Qarabağın azadlığı sanki Təbrizin azadlığına bir yol kimidir.
Vahid Azərbaycanın ilkin cücərtiləri vahid diasporda özünü göstərməlidir
-Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından sonra Azərbaycan diaspor siyasətində yeni dönəm başlayıb. Bu dönəmdə xaricdə yaşayan güneylilərin diaspor siyasətində rolu necə olmaldır?
-Azərbaycan diaspor siyasətinə xüsusi önəm verən bir ölkədir. Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var. Təəssüflər olsun ki, bu Komitə əvvəllər yaxşı işləmədi. Hətta diaspor işinə ziyan verdi. Amma son dövrdə, hörmətli Fuad Muradov Komitəyə sədr təyin olunandan sonra bir yenilik gətirib. Xaricdə yaşayan azərbaycanlılar ciddi və planlı iş görməkdədirlər.

Təbii ki, xaricdə yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlıların böyük bir hissəsi güneylilərdir. Ümumilikdə Komitənin əməkdaşları güneylilərlə bağlı müsbət mövqe sərgiləyirlər. Elə Şuşadakı qurultayda güneylilərin xüsusi bir şəkildə təmsil olunması dediklərimizi təsdiqləyir.
Yəni Quzey, Güney fərqi yoxdur. Hər birimiz azərbaycanlıyıq. Konkret sualınıza gəlincə, biz Prezidentin qurultaydakı çıxışında səslənən mesajlara diqqət etməliyik. Mən özüm də qurultayda iştirak edirdim. Azərbaycan Prezidenti çıxışında çox mühüm mesajlar verdi. Hədəflər müəyyən edildi. Hətta panel iclaslarında da eyni məsələlər müzakirə olundu.
Bu məsələlər və mesajlar nədən ibarət idi? Birincisi azərbaycançılıq və vətənsevərlik üzərində idi. Azərbaycan Prezidenti azərbaycançılığa, yəni vətənpərvərlyə çox böyük önəm verdi və bu da bütöv azərbaycanlıların ən böyük istəklərindən biridir.

İkincisi Azərbaycan Prezidenti Azərbaycan dilinin diaspor təmsilçiləri, onların övladları tərəfindən yaxşı öyrənilməsi və bilinməsi haqqında danışdı. Sonra milli birlikdən, sistemli fəaliyyətdən bəhs etdi. Bütün bu işlərin reallaşması üçün əsas vəzifə dünya azərbaycanlılarnın üzərinə düşür.
Bundan sonra quzeyli, güneyli fərqi qoymadan, Prezidentin bəyan etdiyi kimi bir millət olaraq özümüzə güvənib irəli getməliyik. Bunun üçün də hesab edirəm ki, yeni dönəmdə güneyliləri də vahid diasporumuzda ön sırada tutsalar bu, ümumilikdə Azərbaycan dövlətinin xeyrinə olan bir məsələ olacaq.

Biz güneylilər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Eyni zamanda, quzeydən olan bacı-qardaşlarımızın da üzərində belə bir vəzifə var ki, bizləri – güneyliləri özlərindən uzaq görməsinlər. Hər yerdə, dünyanın hər nöqtəsində Güney-Quzey birliyi, vahidliyini nümayiş etdirməliyik. Vahid Azərbaycanın ilkin cücərtiləri vahid diasporda özünü göstərməlidir.
-Qurultaydan söz düşmüşkən, bir iştirakçı kimi bu tədbiri necə dəyərləndirərdiniz?
-Bu tarixi qurultay adına layiq oldu. Çox gözəl və mükəmməl keçdi. Gözəl təşkilatçılıq vardı. Komitənin işçiləri Prezidentin tapşırıqlarının icrası istiqamıtində tam gücü ilə və məsuliyyətlə çalışdılar. Buna görə hər kəsə minnətdarlıq edirəm. (bayraqdar.info)
Ayxan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir