SON XƏBƏRLƏR

"Dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz"-İran rəsmisi

2022.07.15, 08:16
"Dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz"-İran rəsmisi

Gunaz.tv

“Biz hesab edirik ki, dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz. Necə ki, ölkəmizdə yaşayan əziz erməni soydaşlarımız İran vətəndaşlığının bütün hüquq və üstünlüklərindən yararlanırlar.

Biz qonşu ölkələr sevincdə də, kədərdə də bir yerdə olmalı, xalqlarımız bu dostluğun, mehribanlığın sayəsində xoş günlər yaşamalıdırlar”-deyə, İran və Ermənistanın tarixi və mədəni köklərinə toxunan Səlaceqe deyib.

Ermənistan tərəfindən Araz çayının suyunun daim çirkləndirilməsinə göz yuman iranlı nazir ölkəsinin ekoloji problemlərlə bağlı dəyərli təcrübəsinin olduğunu iddia edib, İranın bu təcrübəni region ölkələrinə, o cümlədən “dost və qardaş” Ermənistana ötürməyə hazır olduğunu bildirib.

Görüşdə Ermənistanın ekologiya naziri Hakob Simidyan da İran və Ermənistan arasında müxtəlif sahələrdə geniş əməkdaşlığın olduğunu vurğulayıb.

Qeyd edək ki, uzun illərdir işğalçı Ermənistan Araz çayına müxtəlif zəhərli maddələr axıdır, çayın flora və faunasına, həm də ətraf bölgələrə ciddi ziyan vurur.

Buna baxmyaraq erməni nazir Arazın suyunun keyfiyyətinin və kəmiyyətinin yaxşılaşğdırılması üçün lazımi tədbirlər görmək əzmində olduqlarını iddia edib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar