SON XƏBƏRLƏR

Amerika Ədliyyə Nazirliyi: "SEPAH üzvü Con Boltona qarşı sui-qəsd planlaşdırıb"

2022.08.11, 05:29
Amerika Ədliyyə Nazirliyi: "SEPAH üzvü Con Boltona qarşı sui-qəsd planlaşdırıb"

Gunaz.tv

Nazirliyin rəsmi xəbər saytında dərc edilən açıqlamaya görə, təqsirləndirilən şəxs Mehdi Rzayi kimi tanınan, Tehranda doğulmuş 45 yaşlı Şəhram Pursafi adlı şəxsdir.

İsrail radiosunun verdiyi xəbərə görə, adı çəkilən SEPAH zabiti hazırda Amerika Federal Polisi (FTB) tərəfindən "qətl törətmək üçün muzdlullar cəlb etmək" ittihamı ilə bağlı axtarışdadır.

Bu açıqlamada adı çəkilən şəxsin Amerikada İnqilab Keşikçiləri Korpusu adından qətl törətmək üçün insanları işə götürməkdə əli olduğu bildirilib.

45 yaşlı Şəhram Pursafi 2020-ci ilin yanvarında İranın Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, Boltona qarşı sui-qəsd təşkil etməyə cəhddə ittiham olunur. 

Şəhram Pursafi Vaşinqtonda və ya Merilend ştatında cənab Boltonu öldürmək üçün Amerikadakı insanlara 300 min dollar ödəməyi” planlaşdırmaqda günahlandırılır.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar