SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yüzlərlə istifadəyə yararsız məktəb var

2022.08.20, 07:23
Şərqi Azərbaycanda yüzlərlə istifadəyə yararsız məktəb var

Gunaz.tv

Onun sözlərinə görə, əyalətin 5000 məktəbindən 1100-ü bərbad durumdadır və onların sökülərək yenidən tikilməsi, bəzilərinin isə yenidənqurulması vacibdir.

O, bununla yanaşı Şərqi Azərbaycanda yüzlərlə kaneks (konteyner) məktəbin fəaliyyət göstərdiyini, onların standart məktəblərlə əvəz edilməsi barədə düşündüklərini söyləyib.

Bundan bir neçə gün öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətdə ən azı 309 kaneks məktəbin olduğunu deyib.

Qeyd edək ki, illərdir konteyner məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar