SON XƏBƏRLƏR

Təbrizli öyrənci general Polad Həşimovun anası ilə görüşüb-VİDEO

2022.09.01, 10:23
Təbrizli öyrənci general Polad Həşimovun anası ilə görüşüb-VİDEO

Gunaz.tv

"Mübarizə fəlsəfəsini dərk edən, vətəni, milləti üçün vuruşan insan ölməzdir.

Polad Həşimovun mübarizəsinin başqa hissəsi isə o şəhid olandan sonra başlayıb və indi onun adı mübarizə aparır.

Generalın adı şəhid olduqdan sonra sərhədləri aşdı və bu gün Azərbaycanın xəritəsinə baxanda, ölkə sərhədlərini müşahidə etdəndə Polad Həşimov xatırlanır, necə ki, Azərbaycan bayrağına baxanda Məhəmməd Əmin Rəsulzadəni xatırlayırıq"-deyə, təbrizli öyrənci generalın anası ilə söhbətində bildirib.

Qeyd edək ki, Əli Həmzəzadə ötən ilin yayında işğal altında olan Qarabağın azad edilməsi və İrandakı türklər üçün türkcə kitabların hazırlanması ilə əlaqədar Antalyadan Gürcüstan sərhəddinə 30 günlük veloyürüş etmişdi.

Ləğv edilmiş tələbə nəşri olan “Açıq Söz”ün baş redaktoru olan Əli Həmzəzadə Türkiyədə təhsil aldığı müddətdə “Özgürlük Yolçusu” adı altında velosiped turları vasitəsilə Güney Azərbaycanla bağlı məsələləri gündəmə gətirməyi düşünür.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar