SON XƏBƏRLƏR

Mərakeş: "İran ərəb dünyasında terrorizmin və nifaqın yayılmasının mərkəzidir"

2022.10.04, 11:24
Mərakeş: "İran ərəb dünyasında terrorizmin və nifaqın yayılmasının mərkəzidir"

Gunaz.tv

Məğrib Krallığının (Mərakeş) xarici işlər naziri Nasir Boritə 3 oktyabrda Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarəklə keçirdiyi mətbuat konfransında Husi silahlı qruplaşmasının İran rejiminin əmri və onun gündəliyinə uyğun hərəkət etdiyini deyib.

İranın dünyada sülh prosesini pozmağa davam etməsinə icazə verilməməsi lazım olduğunu deyən Nasir Boritə, Mərakeşin də İranın müdaxilələrindən əziyyət çəkdiyini vurğulayıb.

"İran rəsmi olaraq ərəb dünyasında terrorizmin yayılması və separatizmə dəstək mərkəzidir",- deyə, Mərakeşin xarici işlər naziri bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar