SON XƏBƏRLƏR

Rəşt zindanında baş verən üsyanda ölü sayı 12 nəfərə çatıb

2022.10.14, 08:00
Rəşt zindanında baş verən üsyanda ölü sayı 12 nəfərə çatıb

Gunaz.tv

Oktyabrın 9-da Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin Lakan zindanında baş verən üsyan nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda zindanda saxlanılan məhkumların telefon danışıqlarına qoyulan qadağanın davam etdiyi və onların ailələri ilə əlaqələrinə icazə verilmədiyi bildirilir.

İnsan haqları təşkilatları ölü sayının daha çox olduğunu ehtimal etdiklərini, ancaq bütün ölənlərin kimliklərinin dəqiqləşdirilməsinin hələlik mümkün olmadığını yazıblar.

Qeyd edək ki, son etiraz aksiyalarında Gilan əyalətinin bir neçə şəhərində həbs edilən yüzlərlə məhbus bu zindana köçürülüb və onların təxmini sayının 500 nəfər olduğu bildirilir.

Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun başçısı Mehdi Fəllah Miri zindanda baş verən hadisəni təsdiqləsə də, bunun məhbuslar arasında baş verən kütləvi dava nəticəsində meydana gəldiyini iddia edib.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar