SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində izdihamlı nümayiş keçirilib-VİDEO

2022.10.14, 17:40
İranın Zahidan şəhərində izdihamlı nümayiş keçirilib-VİDEO

Gunaz.tv

Aksiyalarda "ölüm olsun İslam Respublikasına", "ölüm olsun diktatora" şüarları səsləndirilib.

Nümayişçilər bununla yanaşı repressiyalardakı roluna görə SEPAH-a bağlı yarım hərbi bəsic qüvvələri əlehyinə şüarlar veriblər.

Qeyd edək ki, iki həftə bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Bəluç fəalların verdiyi məlumata görə, oktyabrın 14-də Zahidan şəhərində internet kəsilib, mobil telefon xidmətlərində problemlər yaradılıb.

Sistan-Bəluçistan əyalətinin tanınmış din xadimləri, o cümlədən Zahidan sünnilərinin cümə imamı Əbdülhəmid İsmailzehi və Saravan sünnilərinin cümə imamı Əbdülsəməd Sadati etnik bəluçların qətliamına etiraz əlaməti olaraq Zahidanda keçirilən "Birlik Konfransı" və Tehranda keçirilən "Beynəlxalq Birlik Konfransı"nda iştirak etməkdən imtina ediblər.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar