SON XƏBƏRLƏR

Amerikanın nüfuzlu “Newsmax" kanalında İran MÜZAKİRƏSİ- "Bu hərəkatda İranın bütün xalqları iştirak edir"-Əhməd Obalı-VİDEO

2022.10.24, 19:00
Amerikanın nüfuzlu “Newsmax" kanalında İran MÜZAKİRƏSİ- "Bu hərəkatda İranın bütün xalqları iştirak edir"-Əhməd Obalı-VİDEO

Gunaz.tv

Sabiq ABŞ prezidentinin müşaviri Sebastyan Gorkanın moderatorluq etdiyi “Gorka Reality Check” verilişində müzakirəyə siyasi icmalçı Lisa Daftari və Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı da qatılıb.

Lisa Daftari hazırkı üsyanı "Yaşıl hərəkat"la müqayisə edib. O,  "yaşıl hərəkat" zamanı Amerika dövlətinin etirazçılara yardım etmədiyini bildirib.

Əhməd Obalı bildirib ki, bu dəfəki hərəkat əvvəlkilərindən daha güclüdür:

"Yaşıl hərəkat rejim daxilində islhataçılarla mühafizəkarların mübarizəsi idi. Hərəkat çox məhdud ərazini-yalnız Tehran və ətrafını əhatə edirdi. Bu dəfə hərəkatın əhatə dairəsi daha genişdir". 

Əhməd Obalı bildirib ki, bütün İran xalqları bu hərəkatda iştirak edir: "İran çoxmillətli ölkədir. Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluçlar, bəxtiyarilər, giləklər, farslar yaşayır. 

Heç biri mütləq əksəriyyət deyil. İran azlıqlar ölkəsidir. Bu millətlərin birgə mübarizəsi çox yaxşıdır. 

İran xalqlarının hamısı molla rejiminin getməsini istəyir, eyni zamanda hər millət öz milli hüquqlarının təmin olunmasını istəyir".


 

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar