İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Tramp Türkiyəyə səfər edəcək
İsrail Baş naziri İranda hakimiyyət dəyişikliyinin hələ də gündəmdə olduğunu deyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib
İranda manatın son məzənnəsi
Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib
Tramp: ABŞ-ın İranla mübarizədə quru qoşunlarına ehtiyacı yoxdur
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Həmədanlı etirazçı edam edildi
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
İran İraqın şımalında kürd bazalarını vurdu
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Ali Məhkəmə Məhəmmədrza Fəqihinin əməlinin cinayət olmadığını elan edib
Milli fəllar Ərdəbil Prokurorluğuna çağırılıb
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
İran sərhədçiləri iki qardaşı güllələdi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
CENTCOM: SEPAH-ın PUA-ları hədəfə çatmadan vuruldu
ABŞ-ın Qeşmə hücumu rəsmən təsdiqləndi
İraqda hərbi bazalar hədəfə alınıb
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)
ABŞ İran millisinin heyətində SEPAH üzvlərinin olmasından narahatdır
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Tramp: İranla ABŞ-ın danışıqları dayandırdığına dair yayılan xəbərlər yalandır
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 8 milyard dollarlıq sazişlər imzalanıb
Hakan Fidan: Tramp NATO-nun Ankara sammitinə qatılmağı planlaşdırır
Müəllimlər Tehranda etiraz aksiyası keçiriblər
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Qumda iki SEPAH üzvü həlak oldu
Bu gün BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
İranın yüksək rütbəli hərbçisi ABŞ ilə yenidən müharibəni “qaçılmaz” adlandırıb
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
Ulu öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz ulu öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.
Ümummilli liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. (report)
Timur
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
Təbrizdə tələbə hərəkatı fəalı həbs edilib
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
İranın 56 həbsxanasında məhbuslar aclıq aksiyası keçirirlər
İsrailli nazirdən Netanyahuya: Trampa “yox” de
Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı
Nyu-York meri özünü yalandan insan haqları müdafiəçisi adlandırır?- Əhməd Obalı
İranın Küveytə raket və PUA hücumları Körfəzdə gərginliyi artırdı
Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Bagiri Kani Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
Güneyli tədqiqatçı dünyasını dəyişib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent