SON XƏBƏRLƏR

Azərbaycanın, o cümlədən aksiyaçıların dinc ermənilərlə hər hansı problemi yoxdur

2022.12.16, 09:57
Azərbaycanın, o cümlədən aksiyaçıların dinc ermənilərlə hər hansı problemi yoxdur

Gunaz.tv

Bir qədər əvvəl Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları özlərinə məxsus avtomobillərdə ermənilərə humanitar yardım aparıb.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda aksiya keçirənlər Laçın istiqamətindən Xankəndi istiqamətinə göndərilən humanitar yardım maşınlarının keçidinə tam şərait yaradıblar. 

Aksiya hazırda davam edir.

Bu faktlar bir daha göstərir ki, nə Azərbaycan dövlətinin, nə də aksiyada iştirak edənlərin dinc erməni əhalisi ilə hər hansı problemi var.

Rusiya sülhməramlılarına məxsus maşınların aksiya keçirilən yerdən sərbəst hərəkəti isə növbəti sübutdur ki, yolu heç də aksiya iştirakçıları bağlamayıb, yol Rusiya sülhməramlıları tərəfindən bağlanılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar