SON XƏBƏRLƏR

Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib

2022.12.22, 13:03
Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib

Gunaz.tv

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.

Prezidentin digər sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib. 

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar