SON XƏBƏRLƏR

Təbrizdə on minlərlə qəzalı bina var

2023.01.20, 10:15
Təbrizdə on minlərlə qəzalı bina var

Gunaz.tv

Bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Məhəmməd Ayini açıqlama verib.

Onun sözlərinə görə İranda mövcud olan qəzalı və qeyri-standart binaların 5 faizi Təbrizdə yerləşir.

Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma İdarəsinin başçısı Əmir Bəxşi nazir müavininin dediklərini təsdiq edib və bildirib ki, Təbrizdə 693 in nəfər 3300 hektar ərazidə yerləşən  210 min qeyri-standart və köhnəlmış binalarda  yaşayır.

Qeyd edək ki, bir müddət öncə Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin başçısının yollar və şəhərsalma üzrə müavini Mehdi Əshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və qeyri-standart yaşayış yerlərinin olduğunu, bu tikililərdə 1 milyon 510 minə yaxın insanın yaşadığını deyib.

Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsinə, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.

Təbrizdə şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.  

2019-cu ilin rəsmi statistikasına görə, Şərqi Azərbaycan əyalətinin əhalisi 4 milyon 640 nəfərdir və bunun 1 milyon 799 min 93 nəfəri Təbrizdə yaşayır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar