SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd Eyninin məhkumluq dövrü sona çatıb

2023.02.15, 11:42
Milli fəal Məhəmməd Eyninin məhkumluq dövrü sona çatıb

Gunaz.tv

Milli fəal 2 il 7 aylıq həbs cəzasının 8 ayını çəkdikdən sonra məhkumluq dövrünün qalan hissəsini elektron qandalla nəzarətdə keçirirdi.

Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağrılan fəal saxlanılıb və uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülüb.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Cavidan 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar