SON XƏBƏRLƏR

Paşinyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”

2023.02.16, 12:39
Paşinyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”

Gunaz.tv

Bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir.

"Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük.

Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən tərəqqini daha da inkişaf etdirmək mümkün olacaq”, - Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın.

O, hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar