SON XƏBƏRLƏR

15 yaşlı yeniyetməni zorlaya iranlı komandirə yüngül cəza verildi

2023.02.18, 12:37
15 yaşlı yeniyetməni zorlaya iranlı komandirə yüngül cəza verildi

Gunaz.tv

Onun törətdiyi ağır cinayətə baxmayaraq 15 ay həbs cəzasına məhkum edilməsi etnik bəluçların və insan haqları müfaiəçilərinin qəzəbinə səbəb olub.

İran məhkəməsi polis komandirinə qarşı cinsi təcavüzə görə cinayət işi açmayıb və ona "polis qüvvələrinin imicinə xələl gətirmək" ittihamı irəli sürüb.

Qeyd edək ki, sünni bəluçların ompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin Rask şəhərinin polis rəisi İbrahim Kuçekzayi 2022-ci il sentyabrın 1-də Çabhar şəhərindən olan 15 yaşlı yeniyetmə qızı dindirmə bəhanəsi ilə öz kabinetinə apararaq  zorlayıb.

Tanınmış bəluç din xadimlərindən və Rask şəhərinin sünni cümə imamı Əbdülqafar Nəqşbəndinin məsələ ilə bağlı açıqlamasından sonra bəluçlar polis komandirinin cəzalandırılması istəyi ilə aksiyalar keçirməyə başlayıblar.

 Yeniyetməyə qarşı polis komandirinin zorakılığının üstündən bir ay keçməsinə baxmayaraq rəis barədə tədbir görülməməsi, rəsmilərin mövqe bildirməməsin etnik bəluçları dahada hiddətləndirib.

Onlar islam adı altında insanları edama məhkum edən, hicaba görə gənc qızları öldürən Tehran rejiminin 15 yaşlı uşağa qarşı edilən təcavüzkar barədə ölçü götürməməsini sünni bəluçlara qarşı ayrı-seçkilik və təhqir kimi qəbul etdiklərini bildirirlər.

Məsələ ilə bağlı keçirilən etiraz aksiyalarında onlarla etnik bəluç hökumət qüvvələri tərəfindən öldürülüb, çox sayda bəluç isə həbs edilib.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar