SON XƏBƏRLƏR

"İran nüvə başlığı daşıya bilən raketin yaradılmasına çalışır"-ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri

2023.02.27, 13:36
"İran nüvə başlığı daşıya bilən raketin yaradılmasına çalışır"-ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri

Gunaz.tv

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi proqramlarının irəliləməsi sahəsində inkişaf edib.

İranın Rusiyaya silah yardımı ilə bağlı sualı cavablandıran Burns bunu təsdiq edib və bu barədə yetərli faktların olduğunu söyləyib.

Rusiya ilə İranın hərbi əməkdaşlığının təhlükəli səviyyəyə çatdığını deyən SİA başçısı bunun xüsusilə Ukraynaya ölümcül zərərlər vurduğunu qeyd edib.

İranın uranı 84 faiz zənginləşdirməsinə diqqət çəkən Burns Tehran rejiminin bir neçə həftə ərzində nüvə silahı əldə etməyə imkan verən uranın 90 faiz zənginləşdirməsinə də nail ola biləcəyi barədə xəbərdarlıq edib.

"Onların nüvə silahı daşımaq qabiliyyəti olan raket sistemləri baxımından irəliləyişləri var",- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bildirib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar