SON XƏBƏRLƏR

İrandan Nizami Gəncəvi ilə bağlı yeni iddia: "Fars soylu şairdir"

2023.03.06, 11:02
İrandan Nizami Gəncəvi ilə bağlı yeni iddia: "Fars soylu şairdir"

Gunaz.tv

O, Gəncənin İran şəhəri və Nizaminin fars soylu İran şairi olduğunu iddia edib.

Kənani, Nizami yaradıcılığından danışarkən onun İran ədəbi və mədəni mühitində yetişdiyini və yaradıcılıqla məşğul olduğunu söyləyib.

O, Nizaminin fars soylu olduğunu, bunu yaradıcılığında əks etdirdiyini və daima ata vətəni İraq-i Əcəmi (İranı) mədh etdiyini deyib.

Qeyd edək ki, bundan öncə də Nizami ilə bağlı oxşar iddialar İran rəsmiləri tərəfindən dilə gətirilib.

Hər il Nizami ilə bağlı keçirilən konfranslar və tədbirlərdə onun fars ədəbi və mədəni mühitinə mənsub olduğu iddia edilir, Azərbaycan Respublikasında fars dili və ədəbiyyatının yayılması ilə bağlı təkliflər irəli sürülür.

Ötən il İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftə keçirdi.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün 2022-ci ilin may ayının sonuna kimi tədbirlərin davam etdirildi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışlar təşkil edildi.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar