SON XƏBƏRLƏR

Türk Dövlətlərinin Qiymətləndiricilər Birlikləri bir araya gəlir – Təşkilat Komitəsi yaradıldı

2023.03.06, 12:52
Türk Dövlətlərinin Qiymətləndiricilər Birlikləri bir araya gəlir – Təşkilat Komitəsi yaradıldı

Gunaz.tv

Türk Dövlətləri Qiymətləndiricilər  Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb. Bununla bağlı qərar dünən keçirilən onlayn toplantıda qəbul edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həqiqi, Şimali Kipr Türk Cümhuriyyətinin isə müşahidəçi üzv qismində qatıldığı qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc və Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokov qurumun kordinatorları seçiliblər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun verdiyi məlumata görə, türk dövlətlərində fəaliyyət göstərən Qiymətləndirici  Birlikləri öz ətrafında cəmləşdirən platformanın Kordinasiya Mərkəzi aprel ayında Bakıda bir araya gələcək: “İyun ayında isə Qazaxıstanın Türküstan şəhərində  Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin təsis yığıncağı keçiriləcək. 

Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin müvafiq strukturları formalaşdırılacaq. 

apress_f3ccdd27d2000e3f9255a7e3e2c48800_6supyxk2omrv3wg8lzt4-300x200.jpg

Təsis qurultayına qədər isə Təşkilat Komitəsinə rəhbərlik Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baitokova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mənə həvalə edilib”.

apress_156005c5baf40ff51a327f1c34f2975b_2bac7ero4xpzi19msk5y-300x198.jpg

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. 

apress_799bad5a3b514f096e69bbc4a7896cd9_gpn293sbiwltuk5c07q8-300x300.jpg

Qeyd edilib ki, Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.

apress_09dd8c2662b96ce14928333f055c5580_vet8giqnj42z1mla639x-207x300.png

apress_032b2cc936860b03048302d991c3498f_5r7m0e1p6fabgulshyon-225x300.jpg

apress_18e2999891374a475d0687ca9f989d83_fwehxgu83c5s29raklbq-212x300.jpg

Yekunda birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, mütəmadi iclaslar keçirilməsi və təsis konfransının hazırlıqla bağlı müvafiq qərarlar qəbul olunub.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar