Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
M.Ə.Rəsulzadə
MART FACİƏSİ
(17-21 mart 1918)
Azərbaycan təşəkkülü tarixində fəcaətlə seçilən günlərdən biri də 17 Martdır. “Mart faciəsi” namıyla məşhur olan və bu tarixdə başlayan üç günlük qətliam başı bəlalı Bakının keçirdiyi çox qara və məzlum günlərini təşkil edir.

İl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan bolşevik rəisi Lenin tərəfindən bütün Qafqasiya Fövqəladə Komisarlığına təyin olunmuş, Türkiyə Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) də verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət etmək üçün fövqəladə səlahiyyətlər bəhs ediyordu.
Şaumyan, Qafqasiya Komisarı sıfətiylə Tiflisə getmiş ikən kəndisinə müxalifət edən Mavərayı Qafqas Komisarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən, bir tavırla sıvışmış, təkrar Bakıya dönmüşdü.
Şaumyanın bu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib buradan Tiflisə qarşı bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə qərar vermişlərdi.
Bu qərarın qüvvədən feilə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək, Bakıda toplu bir halda bulunan rus ordusu saldatlarını min dürlü iğfal və təşviqlərlə məmləkətlərinə getməkdən çəkindirirdilər, onları siyasi məqsədləri üçün qullanmaq istədilər.
Bu xüsusda bir tərəfdən Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq üçün aldıqları əmr, digər tərəfdən də rəislərinin milliyyət etibarıyla erməni oluşu bolşevikləri erməni Daşnaksütyun Firqəsi ilə anlaşmaya sövq ediyordu. Bilxassə ki, Bakıda alıkolunan saldatlar(əsgərlər) arasında bir çox alay erməni əskərləri var idi.
İştə hökuməti Bakı Sovetləri ələ alıb komunist diktaturasını təsis etmək üçün salifüz-zikr əvamilin təsiri ilə Bolşevik Firqəsinin Qafqasiya Komitəsi, Erməni Daşnaksütyun Firqəsi ilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, indi artıq iş təcavüzə keçmək üçün bir bəhanə aramaya qalmışdı.
Təcavüzün Bakı türklərinə qarşı icra ediləcəyi kəndiliyindən məlum. Həm qolay bir müvəffəqiyyət istehsalı üçün bu cəbhəyə təcavüzdən daha münasib bir tərzi hərəkət bulunamazdı. Çünki vaxtında rus çarizmi tərəfindən mükəlləfiyyəti əskərliyə tabe tutulmayan türk xalqı əskəri təşəkkül nöqteyi nəzərindən çox zəif bir halda idi.
Bəhanə bulundu. milli türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya göndərilən əskəri heyətin bir neçə gün əvvəl tövqif edilməsi səbəbiylə zatən elektriklənmiş bir halda bulunan türk əhalisi ikinci bir hadisə ilə daha ziyadə həyəcana verildi.
Lənkəranda təşəkkül etməkdə olan türk milli alayında bir qrup qəzaən vəfat edən arkadaşlarının cənazəsini Bakıya təşyi ilə geri dönmək istəmişlər.
Sovet mühafizləri tərəfindən limanda bir istimbota minmək üzərə ikən mühasirə edilmiş, tərki silah etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız birtaqım cahilin qərəzkar müfəttinlərə alət olması ilə fitnə təkrar alovlanmış, zatən günlərdən bəri qətliama hazırlaşmış bulunan bolşevik erməni qüvvəyi müsəlləhəsi müharib bir vəziyyət alaraq şəhərin müsəlman məhəlləsini bombardman etməyə başlamışdır.
Bu təərrüz qarşısında istər-istəməz müdafiəyi nəfs etmək zərurətində qalan türklər təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən biz-zərurə silahlarına sarılmışlarsa da, qeyri müsavi bir mükatilədə bittəbii məğlub olmuşlardır. Türk əhalisi üç gün tamam müdhiş bir qətliama uğramış, şəhərin müsəlman hissəsi dini, milli və ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.
Bu surətlə başlayan Mart faciəsinin nə kimi bir vəhşət və kin mənzərəsi təşkil eylədiyini təsvir edə bilmək üçün bulunan bir vəsiqəni iqtibas edəlim: Bu vəsiqə Mart hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim edilmişdir. “Kulka” namını(adını)daşıyan bu zat milliyyətcə türk və müsəlman olmayıb xristian olduğundan kəndisini türklər lehində mübaliğə ilə ittiham etmək, əlbəttə, caiz olamaz.
İştə bu bitərəf mühəqqəq Mart faciəsinə aid təsvir etdiyi lövhələrdən birər parça:
“... Münhəsırən müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhalini öldürüyor, şimşirlərlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evlərə atəş veriyor, çocuqları bu atəşlərə ataraq diri-diri yaxıyor, üç-dörd günlük südəmər çocuqları isə süngülərə taxıyorlardı...”
“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam nəəşı bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.
“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda sokaklarla sevq və kəndilərini tüfəng dibçikləri ilə dərb ediyorlardı”.
“Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədiyi kibi, ixtiyarlara da aman yoxdu. Məsəla Əlizadə Hacı Əmirin evində 80 yaşlı annəsi, 60 və 70 yaşlı qadınları öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivilənmişdi”.
“Məqdul bir müsəlman erkəyinin aləti tənəsüliyəsi kəsilib bir az ötədə düşən məktulə bir İslam qadınının ağzına verildiyi kimi, çocuğunu əmizdirir bir vəziyyətdə yerlərə sərilən zavallı qadın nəəşləri və daha bir çox fəci və kərih mənzərələr təşkil edən cinayət əsərləri görülmüşdür” diyor.
Kulka Əfəndi divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə bulunan çoluq-çocuq nəəşlərinin fotoqraflara təsbit olunmuş canhıraş vəqalardan da bəhs ediyor. Fəqət bu vəqaları biz burada tamamıyla təfsil edəcək deyiliz. Qarelərimizin zatən mütəəssir bulunan əsəbini daha fəzlə(çox) əzmək istəməyiz!..
Mart hadisəsi günlərində Qızıl Rusiya müməssilləri ilə rus siyasətinin zavallı aləti olan bir qisim erməni xalqının Azərbaycan türklüyünə qarşı nə müdhiş bir kin və ədavət bəslədiyini göstərmək üçün bu qədərini söyləmək də kafidir.
Bu ədavət, türk xalqının mövcudiyyəti təbiiyəsinə olduğu kimi, mənəviyyatına da tövcih edilmişdi. Üç gün zərfində 15.000 islam öldürülmüş; Türk müəssəsəatı milliyyəsinin sarayını təşkil edən İsmailiyyə binası ilə “Açıq Söz” və “Kaspi” mətbəələri atəşə verilmiş, Bakının ən böyük camii top mərmiləriylə dəlik-deşik edilmişdi.
Əvət, Ermənistan muxtariyyat və istiqlalının fərmanının cibində daşıyan Şaumyanın qəzetəsi “Bakinski Raboçi” milliyyətçi azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar bulursunuz!” demişdi. Həm 17-21 Mart günlərində əldə etdiyi qolay müvəffəqiyyəti mütəaqib Şaumyan diktaturası bu vədini tamamıyla ifaya qalxmışdı.
Bakıdan sonra sıra Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda islam məhəlləsinin daşı daş üstündə qalmamış, ərəb fatehləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dayanan, bir çox əsrin mədəniyyət şahidi bulunan Camii Kəbirə belə acımamış, bütün şəhəri atəşə vermişlərdi.
Bolşevik − Daşnaksütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günkü hərəkəti möhtəməl Türkiyə təcavüzünə qarşı hər növ tədbir görmək, Qafqasiya cəbhəsini tərk edən mütəlaşi rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki, Lenin, Şaumyan namına yazdığı dekretdə Türkiyədən çəkilən rus ordusunun yerinə erməni alaylarının təşkilini əmr ediyordu.
Ermənilər Türkiyə əleyhdarı olduqlarından iltizam, azərbaycanlılar isə lehdar olduqlarından rədd və qəhr olunuyorlardı. Nitəkim mənhus Mart günlərinin nəticəsində əqd olunan “müsələha” mərasimindən sonra iniqad edən Sovet ictimaında Müsavat Firqəsinin bayrağını çeynəyən bir bolşevik komisarı Suxoçev “Türkiyənin Bakı cəbhəsi alındı!” deyə elanı şürur eyləmişdir.
Anadolu böyük qardaş fədakar məhmətçiyin tarixi yardımı ilə Bakını istirdad edən Azəri xalqı, heç şübhəsiz ki, Türkiyənin deyilsə də, türklüyün Bakı cəbhəsini düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdir.
Heyhat ki, sui talih bu milli cəbhəni təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o fəci mart günlərini xatırlarkən bu əlim faciənin hələ təmadi etməkdə olduğunu görməklə dağdarız!.. Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliyinin bu mənhus istila hökuməti ilə barışamaz bir mücadiləyə girişdiyini görməklə də mütəsəlliyiz.
Bu təsəlli bizə türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan Cumhuriyyətinin təkrar hürriyyət kəsb edəcəyini və istiqlalını istirdad ilə çəkdiyi bu acıların mükafatına haqqıyla nail olacağını qüvvətli ümidlərlə təlqin edər.
“Yeni Qafqasiya”, 31 Mart 1341 / 7 ramazan 1343, il:2, №13, s. 6-8
Qeyd: M.Ə.Rəsulzadənin bu yazısı “Azəri” imzası ilə oxuculara təqdim olunub.
Mavərayı - cənubi
Saldat - əsgər
İğfal - aldatma
Salifüzzikr - irəlidə deyilmiş
Tövqif - həbsə alma,saxlatma
Təşyi - yola salma
İstimbot - buxar gücü ilə işləyən gəmi
Mühəqqəq - tədqiq olunmuş
Münhəsır - bir şeyə məxsus olan
Üryan - çılpaq
Mütəaqib - bir-birinin ardınca
Məqdul - öldürülmüş
Qare - oxucu
Tövcih - üz döndərmə
Möhtəməl - ehtimal olunan
İniqad - bağlanma,təşkil etmə
Mənhus - uğursuz
İstirdad - geri alma
Red: 31 Mart 1341 / 7 ramazan 1343 - 31 mart 1925; 17 -21 mart köhnə təqvimlədir, yenisi ilə 29- 31 martdır.
Günaz.TV
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi