SON XƏBƏRLƏR

İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək

2023.04.04, 07:40
İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək

Gunaz.tv

Bu barədə ölkənin birinci vitse-prezidenti Məhəmməd Müxbir bildirib.

"İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Saudun krallığa səfər dəvətini müsbət qarşılayıb və onun səfər təklifi qəbul edilib", - birinci vitse-prezident deyib.

Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq təzyiqlərin artmasını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumuşaltmağa çalışır.

İran tərəfinin Rəisinin səfərinin Ər-Riyadın dəvəti əsasında olduğunu iddia etməsinə baxmayaraq, Səudi Ərəbistan rəsmiləri bunu təsdiqləməyiblər.

Günaz.TV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar