SON XƏBƏRLƏR

Etiraz aksiyasında öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023.04.04, 13:33
Etiraz aksiyasında öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

Gunaz.tv

Bu barədə onun bacısı Fatimə Heydəri məlumat yayıb.

"Qardaşım Cavad Heydərinin öldürülməsindən sonra ailəmizə təzyiqlər davam edir.

Qardaşlarım Məhəmməd, Höccət və Mustafanın həbsindən, mənim işdən qovulmağımdan sonra dördüncü qardaşım Ruhullah Heydəri də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun həbsinin səbəbləri barədə heç bir açıqlama verilmir.

Bütün təzyiqlərə baxmayaraq, öldürülən qardaşımızın qanından keçməyəcəyik",- Fatimə Heydəri bildirib.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təklifləri onun ailəsi tərəfindən qəbul edilməyib.

Buna görə ailəyə qarşı təzyiq göstərilir.

Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar