SON XƏBƏRLƏR

İranda yerli avtomobillər ölüm hadisələrinin artmasına səbəb olub

2023.04.05, 12:53
İranda yerli avtomobillər ölüm hadisələrinin artmasına səbəb olub

Gunaz.tv

Bu barədə İran Yol Polisi İdarəsinin sədr müavini Teymur Hüseyni məlumat verib.

Həyatını itirənlərin yarıdan çoxu İranda montaj edilən və yerli istehsal sayılan "Prayd" və "Pejo" avtomobillərinin sürücü və sərnişinləridir.

Qeyd edək ki, bundan əvvəl bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalında ciddi çatışmazlıqları olduğunu söyləyib. 

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar