SON XƏBƏRLƏR

Öldürülən güneyli gəncin valideynləri də həbs edildi

2023.04.06, 11:06
Öldürülən güneyli gəncin valideynləri də həbs edildi

Gunaz.tv

"Bir neçə dəqiqə öncə atam, anam və qardaşımı qandallayaraq apardılar. Ailəmizdən bir nəfəri öldürüb, 3 nəfəri isə həbs ediblər. Ailəmə təzyiq göstərərək öldürülən qardaşımın məzar daşının dəyişdirilməsini tələb edirlər", - Fatimə Heydəri bildirib.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib. Məhəmməd, Höccət və Mustafa adlı 3 qardaş da həbs edilib. 40 gün sonra onlar müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılmışdılar.

Ötən gün dördüncü qardaşı Ruhullah Heydəri həbs edilmişdi.

Bu gün valideynləri ilə birgə həbs edilən isə bir müddət öncə azadlığa buraxılan Məhəmməd Heydəridir.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar