SON XƏBƏRLƏR

İranın Ər-Riyadla anlaşması problemlərin həlli anlamına gələ bilməz

2023.04.07, 14:39
İranın Ər-Riyadla anlaşması problemlərin həlli anlamına gələ bilməz

Gunaz.tv

O, bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında yeni əlaqələrin qurulması İranın xarici siyasətində olan problemlərin və ya hər hansı region ölkəsi ilə münasibətlərindəki gərginliyin bitməsi demək deyil.

"Ümumiyyətlə, İranın rol oynadığı siyasi mühit çox mürəkkəbdir. Onun bir hissəsi güc balansının pozulması, bir hissəsi isə Yaxın Şərqin təlatümlü atmosferi ilə bağlıdır",- Müttəqi bildirib.

O, Səudiyyə Ərəbistanı və İranın münasibətlərinin qurulmasında Pekinin vasitəçiliyinin beynəlxalq siyasətlə kordinasiyalı şəkildə həyata keçirildiyini söyləyib.

"İran və Səudiyyə Ərəbistanı arasında ilkin razılaşmanın açıqlanmasından sonra ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, biz bu məsələdən xəbərdarıq və istənilən regional əməkdaşlığı dəstəkləyirik",- deyə, Tehran Universitetinin professoru razılaşmanın ABŞ-ın razılığından sonra reallaşdığına işarə edib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar