SON XƏBƏRLƏR

İranda yol qəzalarında ölənlərin statistikası açıqlandı

2023.04.10, 15:01
İranda yol qəzalarında ölənlərin statistikası açıqlandı

Gunaz.tv

Bu barədə İran parlamentinin abadlıq komissiyasının üzvü Məhəmmədrza Rzayi Kuçi məlumat verib.

"Qəzaların baş verməsinin və ölü sayının çox olmasının əsas səbəbi sürücü səhvləri ilə yanaşı ölkə yollarının və avtomobillərin keyfiyyətsizliyidir"-deyə, o, bildirib.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar