SON XƏBƏRLƏR

Sudanda toqquşmalarda 180-dən çox insan ölüb

2023.04.17, 23:36
Sudanda toqquşmalarda 180-dən çox insan ölüb

Gunaz.tv

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes deyib.

Qeyd edək ki, daha öncə ölkənin həmkarlar ittifaqı 97 nəfərin öldüyünü, 365 nəfərin yaralandığını açıqlayıb.

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar