SON XƏBƏRLƏR

İran məhkəməsi azərbaycanlı ailəyə ağır həbs cəzası verdi

2023.04.19, 14:19
İran məhkəməsi azərbaycanlı ailəyə ağır həbs cəzası verdi

Gunaz.tv

Etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi ilə bağlı şərlənən azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbs cəzası alıb.

Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzd şəhərinə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhəd şəhərinə 5 il sürgündə həbs cəzasına məhkum ediliblər.

Bildirilib ki, Həmidin və Fərzanənin səhhəti ürəkaçan deyil. Həmid Qarahəsənli fiziki işgəncəyə məruz qalmasından sonra çanaq sümüyü və ağciyərindən ciddi xəsarət alıb.

İşgəncələr zamanı davamlı olaraq baş nahiyəsindən aldığı zərbələr nəticəsində Həmid Qarahəsənlinin baş-beyin nahiyəsində də zədələnmələr var.

Xatırladaq ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənlini həbs ediblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar