SON XƏBƏRLƏR

Aygün Əliyeva: "2 ildə Agentlik nizamnamə məqsədlərinə uyğun önəmli fəaliyyət göstərib"

2023.04.19, 19:21
Aygün Əliyeva: "2 ildə Agentlik nizamnamə məqsədlərinə uyğun önəmli fəaliyyət göstərib"

Gunaz.tv

Bunula bağlı Agentliyin icraçı direktoru Aygün Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı təqdim edirik:

 "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Agentliyin yaradılması haqqında Fərman imzalayıb.

Agentlik qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının dəstəklənməsi, qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Ötən iki il ərzində nizamnamə məqsədlərinə uyğun olaraq QHT-lərin inkişafı, onların stimullaşdırılması istiqamətində önəmli fəaliyyətlər icra olunmuşdur. Bu xoş missiyada Agentliyin fəaliyyətinə dəstək olan, vətəndaş cəmiyyətinin inkişafında əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk".

 

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar