SON XƏBƏRLƏR

Urmiya və Həmədanda qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub

2023.04.20, 15:49
Urmiya və Həmədanda qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub

Gunaz.tv

Bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, İranın müxtəlif şəhərlərində qızların təhsil aldıqları 7 məktəbə Tehran hakimiyyətinin kimyəvi maddə ilə hücumu nəticəsində çoxlu sayda məktəbli zəhərlənib. 

Belə ki, Güney Azərbaycanın Urmiya şəhərinin 12-ci rayonunda qızların “Nəsim”, “Nasiri” və “Abuzər” məktəbləri Tehran hakimiyyətinin kimyəvi hücumuna məruz qalıb.

Bundan başqa, İranın paytaxtı Tehran, İslamşəhr, Güney Azərbaycanın Həmədan şəhərindəki qızlar məktəblərinə də kimyəvi hücum olub.

Məlumata görə, zəhərlənməyə etiraz edənlərin valideynləri və yaxınlarına qarşı hərbi-polis qüvvələri gözyaşardıcı qaz tətbiq edib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar