SON XƏBƏRLƏR

ABŞ dövlət katibi: İranın hərbi proqramlarını pozuruq

2023.04.21, 14:23
ABŞ dövlət katibi: İranın hərbi proqramlarını pozuruq

Gunaz.tv

Blinkenin bəyanatı ABŞ Maliyyə Nazirliyinin İranın hərbi və pilotsuz təyyarə sənayesini dəstəkləyən 7 şəxs və təşkilata sanksiya tətbiq etməsindən bir gün sonraya təsadüf edir.

"Biz İran və Çin Xalq Respublikasından olan və sabitliyi pozan davranışlarda iştirak edən qurumları müəyyənləşdiririk",- Blinken özünün tvitter hesabında yazıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) isə yaydığı bəyanatında vurğulayıb ki, İranın regional təhlükəsizlik və qlobal qeyri-sabitliyi gücləndirən hərbi satınalma səylərinə qarşı sanksiyalarını tətbiq etməyə davam edəcək.

Maliyyə Nazirliyinin yeni sanksiyalarına əsasən, İran, Çin, Malayziya və Honq Konqda, İranda istehsal olunan dronların elektron komponentlərinin tədarükü ilə məşğul olan bir neçə saxta şirkət sanksiyaya məruz qalıb.

Günaz.TV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar