SON XƏBƏRLƏR

G7 Rusiyaya qarşı sanksiyaları genişləndirir

2023.04.22, 14:12
G7 Rusiyaya qarşı sanksiyaları genişləndirir

Gunaz.tv

Bu barədə “Kyodo” agentliyi G7-yə sədrlik edən Yaponiya hökuməti rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən qərar may ayında G7 liderlərinin Xirosimada keçiriləcək sammitində verilə bilər.

Rəsminin sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır. Xüsusilə, işlənmiş avtomobillər, təkərlər, kosmetik məhsullar və geyimlərə ticarət embarqosu genişləndirilə bilər.

Qeyd edək ki, mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, həmçinin Avropa Birliyi liderlərinin iştirakı gözlənilir. (axar)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar