SON XƏBƏRLƏR

İranda təyyarə biletlərinin qiyməti iki dəfə artacaq

2023.04.24, 15:39
İranda təyyarə biletlərinin qiyməti iki dəfə artacaq

Gunaz.tv

Aviasiya Təşkilatının başçısı Məhəmməd Məhəmmədi mediaya verdiyi açıqlamada son 22 ay ərzində ciddi qiymət artımının olmadığını və bunun aviasiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini söyləyib.

O, Aviaşirkətlər Assosiasiyası Nəqliyyatın Ali Şurasına 100% artım barədə yeni müraciət təqdim edidiyini və dəyərləndirilməsi üçün bazarın tənzimlənməsi qərargahına verilməsibarədə qərar qəbul edildiyini deyib.

Qeyd edək ki, İranın sərnişin hava donanmasının 400-ə yaxın təyyarəsi olduğu halda, hazırda onların təxminən 115-i fəaliyyət göstərir.

Ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır.

Ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar