SON XƏBƏRLƏR

"Human Rights Watch" İranda azyaşlılıara işgəncələr barədə hesabat yayıb

2023.04.25, 14:18
"Human Rights Watch" İranda azyaşlılıara işgəncələr barədə hesabat yayıb

Gunaz.tv

Hesabatda bir neçə azyaşlının işgəncə altında öldürüldüyü və onların meyitinin yoxa çıxarıldığı yazılıb.

"İranən hökumət başçıları öz qəddar təhlükəsizlik qüvvələrindən uşaqlara cinsi təcavüz və işgəncə vermək üçün istifadə edib, uşaqları gülünc və ədalətsiz məhkəmələrdə mühakimə edib"- "Human Rights Watch" Təşkilatının İran üzrə nümayəndəsi Tara Sepehri bildirib.

Bununla yanaşı hesabatda həbs edilən uşaqların ailələrinin də təzyiqlərə məruz qaldığı, onların övladlarına vəkil tutmaq hüququ verilmədiyi qeyd edilib.

Beynəlxalq təşkilat bildirir ki, həbsdəb azad edilən uşaq və yeniyetmələrin məktəblərdə təhsillərini davam etdirməyə icazə verilmir, onların ailələrinin sosial rifah xidmətlərindən istifadələrinə qadağa qoyulur.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar