SON XƏBƏRLƏR

BMT baş katibi: “Sudanda toqquşmalarda azı 400 nəfər ölüb”

2023.04.26, 09:15
BMT baş katibi: “Sudanda toqquşmalarda azı 400 nəfər ölüb”

Gunaz.tv

Bunu BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının bu ölkədəki vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib.

“Azı 400 adam öldü”, - deyə Quterreş onlardan dördünün BMT-yə bağlı strukturların işçiləri olduğunu açıqlayıb. "3 700-dən çox insan zərər çəkdi, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı", - beynəlxalq təşkilatın baş katibi davam edib.

O əlavə edib ki, münaqişə döyüş meydanında həll oluna bilməz, tərəflər daimi atəşkəsə gəlməlidir.

"Münaqişə tərəfləri ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş 72 saatlıq atəşkəsə hörmət etməli və hərbi əməliyyatların daimi dayandırılması üçün birlikdə çalışmalıdırlar", - Quterreş deyib. (report)

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar